Həftəsonu yol qəzalarında 4 nəfər ölüb

Həftəsonu yol qəzalarında 4 nəfər ölüb
# 10 yanvar 2022 09:18 (UTC +04:00)

2022-ci il yanvar ayının 8-də və 9-da daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 98 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 56, qanunsuz saxlanılan silah-sursatla bağlı 15 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 95 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR