Hərbçinin ölümü ilə bağlı cinayət işi açılıb, əsgər tutulub - VİDEO

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 18 avqust 2022 19:16 (UTC +04:00)

Azərbaycan Ordusunda hərbçi yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rzayev Bəhruz Sübhan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR