Hərbi xidmətdən qayıdan gənc dəm qazından boğularaq ölüb - VİDEO

Hərbi xidmətdən qayıdan gənc dəm qazından boğularaq ölüb - VİDEO
# 19 yanvar 2022 13:55 (UTC +04:00)

İsmayıllı rayonunda gənc oğlan dəm qazından zəhərlənərək ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Müdrüsə kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Faiq oğlu yaşadığı evin hamamında çimərkən kustar üsulla quraşdırılmış su qızdırıcısından ayrılan dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutub. Onu huşsuz vəziyyətdə yerə yıxıldığını görən valideynləri təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparsa da, orada dünyasını dəyişib.

Qeyd edək ki, 2 gün öncə hərbi xidmətini başa vuraraq evə qayıdan Süleyman Hüseynovun yanvarın 24-də 20 yaşı tamam olacaqdı.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR