Heydər Əliyev prospektində iki maşın toqquşub, xəsarət alan var - FOTO

Heydər Əliyev prospektində iki maşın toqquşub, xəsarət alan var - FOTO
# 16 yanvar 2023 12:32 (UTC +04:00)

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Heydər Əliyev prospektində yük maşını ilə "VAZ 21099" markalı minik avtomobili toqquşub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib: "Yol polisi tərəfindən yolun hərəkətinin təhlükəsizliyi təmin olunub. Nəqliyyat axınında normal hərəkət üçün avtomobillər ərazidən uzaqlaşdırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR