Heydər Əliyevə həsr olunmuş film hazırlanıb

Heydər Əliyevə həsr olunmuş film hazırlanıb
# 09 may 2022 16:12 (UTC +04:00)

Qanun naminə-Heydər Əliyev salnaməsi” sənədli filmində Ulu öndərin prokurorluğa olan mütəmadi dəstəyi, fenomenal Şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilmiş islahatlar, görkəmli dövlət xadiminin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı barədə məlumatlar, o cümlədən prokurorluğun veteran əməkdaşlarının xatirələri yer alıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, filmin təqdimatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirdə baş tutub.
Təqdimat zamanı filmin yaradıcı heyəti iştirak edib.
Filmi mayın 10-da saat 23:00-da Xəzər TV-də izləyə bilərsiniz.

Aparıcı - Azərbaycan Respublikasının xalq artisti Nürəddin Mehdixanlı

Yaradıcı heyət :

Kamran Əliyev-İdeya müəllifi

Heydər Məmmədov-Məsul redaktor

Kənan Zeynalov-Redaktor

Bəhruz Əliyev-Quruluşcu rejissor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR