Həzi Aslanov: "İnsan alveri cinayətlərinin açılması istiqamətində sərtləşmə mövqeyi tutulub"

Həzi Aslanov

© APA | Həzi Aslanov

# 04 oktyabr 2022 11:20 (UTC +04:00)

Son 2-3 ildə insan alveri il bağlı cinayətlərin açılması və aşkarlanması istiqamətində sərtləşmə mövqeyi tutulub.

APA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanov İnsan Alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsinə həsr olunan dəyirmi masada deyib.

O bildirib ki, son illər beynəlxalq qurumların tövsiyə və hesabatlarında da bu qeyd olunub:

"Əvvəlki illərdə məhkəmələr tərəfindən insan alveri cinayətləri ilə bağlı azadlıqdan məhrum etmə cəzaları 20-30 faiz tətbiq edilirdisə, artıq bu rəqəm 85-90 faizə qalxıb. Məhkəmələr tərəfindən həmin şəxslərə 7-8 il azadlıqdan məhrumetmə cəzaları verilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR