Hirkan Milli Parkında ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Hirkan Milli Parkında ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır  - YENİLƏNİB
# 24 sentyabr 2022 20:23 (UTC +04:00)

Hirkan Milli Parkında ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, şübhəli şəxslər dindirilir. Parkın direktoru haqqında yayılan məlumat həqiqəti əks etdirmir.

***

19.03

Hirkan Milli Parkının direktoru Aqil Sucayev saxlanılıb.

APA-nın əldə etdiyi xəbərə görə, parkın direktoru və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR