Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə iyunun 9-na keçən gecə rayon ərazisindəki otellərin birində əcnəbi vətəndaşın 1970 manatının və 100 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
Bu barədə APA-ya DİN-dən məlumat verilib. Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Ş.İsfalıyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.