“İnstagram”da tanış olduğu qadını şantaj edən şəxs tutulub

 “İnstagram”da tanış olduğu qadını şantaj edən şəxs tutulub
# 19 avqust 2019 12:03 (UTC +04:00)

Qusarda qadını şantaj edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 17-də Qusar rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

O, ərizəsində avqust ayında “İnstagram” sosial şəbəkəsində tanış olduğu naməlum şəxsin onunla danışmayacağı təqdirdə intim şəkillərini yayacağı ilə hədələdiyini bildirib.

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini R.Həsənov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR