İsmayıllıda minik avtomobilləri toqquşub, 6 nəfər ağır xəsarət alıb

İsmayıllıda minik avtomobilləri toqquşub, 6 nəfər ağır xəsarət alıb
  • Clock-gray 09:32
  • calendar-gray 19 Avqust 2019

İsmayıllı rayonunda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı-Qəbələ yolunun Xanagah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Toyota Prado" və "Nissan" markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay sakinləri - 1965-ci il təvəllüdlü Məmmədov Ariz Arif oğlu, 1961-ci il təvəllüdlü Zülfüqarov Elşən Abdulrəhim oğlu, Bakı sakinləri - 1999-cu il yəvəllüdlü Məmmədov Əfsər Rövşən oğlu, 1998-ci il təvəllüdlü Əliyev Səfər Vasif oğlu, 1995-ci il təvəllüdlü Əsədullayev Hüseyn Zahir oğlu, Mingəçevir sakini 1985-ci il təvəllüdlü Əliyeva Vüsalə Telman qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Digər xəbərlər

Arxiv

date