İcra Hakimiyyətinin ətrafına bomba qoyduğunu deyən şəxs həbs edilib

İcra Hakimiyyətinin ətrafına bomba qoyduğunu deyən şəxs həbs edilib
# 26 aprel 2022 10:50 (UTC +04:00)

Gəncədə polisə yalan məlumat verməkdə təqsirləndirilən Şakir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Şakir Nəbiyev 4 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarəti qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarının normal fəaliyyətini pozmaq, gərginlik, vahimə və qorxu hissi yaymaq məqsədilə ötən il iyulun 2-də yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Daxili İşlər Nazirliyinin "102 xidməti"nə zəng edərək Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısına 3, arxa tərəfinə 4, yan tərəfinə 6 ədəd bomba qoymasını və bir saat yarımdan sonra partlayacağını deyərək həqiqətə uyğun olmayan, bilə-bilə yalan məlumat verib.

Ona Cinayət Məcəlləsinin 216-cı (yalan məlumat vermə) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR