İdarə rəisi: "Narkotik istifadəçilərinin sayı qeydiyyatda olanlardan çoxdur"

İdarə rəisi: "Narkotik istifadəçilərinin sayı qeydiyyatda olanlardan çoxdur"
# 06 iyul 2022 11:51 (UTC +04:00)

Ölkədə narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyatda olanlardan çoxdur.

APA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi üzrə analitik hesabatın təqdimatı zamanı deyib.

O bildirib ki, bu gün ölkədə narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyatda olanlardan çoxdur, narkotikə meylli şəxslərin vaxtında aşkarlanması, əhalinin maarifləndirilməsi prioritet məsələdir.

Qeyd olunub ki, son 2 il 6 ay ərzində ölkədə narkotik vasitələrlə mübarizə sahəsində 19 mindən çox cinayət faktı müəyyən edilib, 7 tondan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb: “Narkotik vasitələri satanlar əsasən xarici ölkələrdən istifadə olunan profillər vasitəsilə işlərini həyata keçirir və gəncləri, qadınları cəlb edirlər. Narkomaniya ailədaxili münaqişələrin sayının artmasına da təsir edir. Buna görə narkomaniya ilə mübarizədə valideynlərin rolu böyükdür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR