İki ay əvvəl itkin düşmüş Tovuz sakininin meyiti Kürdə tapılıb - FOTO - YENİLƏNİB

İki ay əvvəl itkin düşmüş Tovuz sakininin meyiti Kürdə tapılıb - FOTO  - YENİLƏNİB
# 04 fevral 2023 15:38 (UTC +04:00)

Kür çayında meyit tapılıb.

APA xəbər verir ki, çayın Şəmkir rayon ərazisindən keçən hissəsindən 1975-ci il təvəllüdlü Məmmədov Eldəniz Mikayıl oğlunun meyiti sudan çıxarılıb.

Meyit eskpertizaya verilib.

Qeyd edək ki, Tovuz rayon sakini Eldəniz Məmmədovun ötən ilin dekabr ayından itkin düşməsi ilə bağlı məlumat yayılıb.

***

15.24

Kür çayından meyit tapılıb.

APA-nın xəbərinə görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Kürdən kişi meyitinin tapıldığı bildirilir.

Məlumata görə, meyiti tapılan şəxs ötən il Tovuzda balıq tutmağa gedən zaman itkin düşən Eldəniz Məmmədovdur.

Səlcuq Elçin

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR