İki gün öncə Şirvan kollektorunda batan kişinin meyiti tapılıb - YENİLƏNİB

İki gün öncə Şirvan kollektorunda batan kişinin meyiti tapılıb - YENİLƏNİB
# 14 iyun 2022 13:52 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) 2 gün əvvəl Şirvan kollektorunda batan şəxsin meyitinin tapılması barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, 12.06.2022-ci il tarixində Baş Şirvan Kollektorunun Şirvan şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1966-cı il təvəllüdlü Cavadov Təyyar Mirhəsən oğlunun axtarışları başa çatıb. T.Cavadovun meyiti kollektorun Salyan rayonu ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 30 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

13.03

Baş Şirvan Kollektorunun Şirvan şəhəri ərazisindən keçən hissəsində batan 56 yaşlı kişinin meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, 1966-cı il təvəllüdlü Cavadov Təyyar Mirhəsən oğlunun meyiti FHN tərəfindən batdığı yerdən 20 km aralıda tapılıb.

Meyit aidiyyəti üzrə ailəsinə təhvil verilib.

Qeyd edək ki, Təyyar Cavadov iyunun 12-də batıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR