İki il əvvəl mikroavtobusdan 10 min manat oğurlayan şəxs tutulub

İki il əvvəl mikroavtobusdan 10 min manat oğurlayan şəxs tutulub
# 02 iyul 2022 10:32 (UTC +04:00)

Şirvan şəhəri ərazisində iki il əvvəl avtomobildən xeyli miqdarda pul oğurlayan şəxs tutulub.

DİN-dən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan 10.300 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səməndərli saxlanılıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR