İmişli sakini keçmiş arvadını qətlə yetirib, sonra intihar edib - YENİLƏNİB

İmişli sakini keçmiş arvadını qətlə yetirib, sonra intihar edib - YENİLƏNİB
# 18 iyun 2022 10:35 (UTC +04:00)

İyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İmişli rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranmış münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

08:16

İmişli sakini arvadını bıçaqlayaraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb.

Gecə saat 01 radələrində İmişli rayonunun Yalavac kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1988-ci il təvəllüdlü Mustafayeva Turan Vaqif qızını 9 bıçaq zərbəsi ilə qətlə yetirib. O, daha sonra özünü bıçaqlayaraq intihar edib.

Onların birgə nigahdan bir övladları var.

Faktla bağlı İmişli rayon prokuroluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR