İmişlidə 69, Abşeronda 21 yaşlı şəxs dəm qazından boğularaq ölüb

İmişlidə 69, Abşeronda 21 yaşlı şəxs dəm qazından boğularaq ölüb
# 09 dekabr 2022 09:01 (UTC +04:00)

İmişlidə 69 yaşlı kişi dəm qazından zəhərlənib.

APA xəbər verir ki, Bəhrəmtəpə qəsəbəsində yaşayan, 1953-cü il təvəllüdlü Muxtarəli Həsənov yaşadığı evdə qaz sobasından sızan dəm qazından boğularaq ölüb.

Abşeronda isə 21 yaşlı qız dəm qazından boğularaq ölüb. Aşağı Güzdək qəsəbəsində yaşayan 2001-ci il təvəllüdlü Tahirə Qaraçayeva evin hamam otağında dəm qazından boğularaq ölüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR