İmişlidə baş verən qəzada 2 nəfər ağır xəsarət alıb

İmişlidə baş verən qəzada 2 nəfər ağır xəsarət alıb
# 29 yanvar 2023 03:49 (UTC +04:00)

İmişli rayonunun Məzrəli kəndində yol qəzası qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin aşması nəticəsində İmişli rayonunun Məzrəli kənd sakinləri, 1991-ci il təvəllüdlü Kərimov Elman Elşən oğlu və 1997-ci il təvəllüdlü Vəlizadə Elmin Qabil oğlu çoxsaylı sınıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib. Sürücünün sərxoş vəziyyətdə olduğu qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR