İndiyədək prokurorluq tərəfindən 119 şəxsə Amnistiya aktı tətbiq edilib

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 10 yanvar 2022 10:26 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş 2021-ci il noyabrın 5-də “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın icrası ilə bağlı 2022-ci ili yanvar ayının 1-dək bilavasitə prokurorluq orqanları tərəfindən 119 şəxs barəsində amnistiya aktı tətbiq edilib.

Bu barədə APA-ya Baş Prokurorluqdan daxil olan məlumatda bildirilib.

"Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 119-dur. Belə ki, 2022-ci ilin yanvar ayının 1-dək bilavasitə prokurorluq orqanları tərəfindən 119 nəfər barəsində amnistiya aktı tətbiq edilməklə şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilib, cəzaları azaldılıb", - deyə məlumatda qeyd olunub.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR