İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub - YENİLƏNİB-1 - VİDEO

İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub - YENİLƏNİB-1  - VİDEO
# 24 mart 2023 08:52 (UTC +04:00)

Yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss edilib.

***

07.45

İranda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri İranın Xoy şəhərindən 35 km cənubda (əhali sayı təxminən 175 min nəfər), 30 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikası və Türkiyənin sərhəd ərazilərində də hiss olunub.

***

07.21

Naxçıvan Muxtar Respublikasında bu gün saat 07:17-də zəlzələ olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, zəlzələ daha çox Naxçıvan şəhərində hiss edilib və 8-12 saniyə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR