Oktyabrın 5-də yerli vaxtla saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.
Muxtar respublikada dağıntı və tələfat yoxdur. Zəlzələ Türkiyə, İraq və Ermənistanda da hiss edilib.
Zəlzələ ocağının dərinliyi 3 kilometr təşkil edib.
***
Azərbaycan-İran-Ermənistan sərhəddində 5,5 bal gücündə zəlzələ baş verib.
APA “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Almaniya Geoloji Elmlər üzrə Tədqiqat Mərkəzi məlumat yayıb.