İrandakı zəlzələ Naxçıvanda 5-3 bala qədər hiss olunub - YENİLƏNİB - VİDEO

İrandakı zəlzələ Naxçıvanda 5-3 bala qədər hiss olunub - YENİLƏNİB  - VİDEO
# 28 yanvar 2023 22:43 (UTC +04:00)

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, maqnitudası 6,2 olan zəlzələnin dərinliyi 10 km olub. Zəlzələ Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.

***

22.43

Naxçıvanda baş verən zəlzələ hər hansı dağıntı və tələfat törətməyib.

Bu barədə APA-nın yerli bürosuna Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

22.20

Bu gün saat 22:15-də Naxçıvan MR-da zəlzələ qeydə alınıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, zəlzələ daha çox Naxçıvan şəhərində hiss edilib. Yeraltı təkanlar təxminən 7 saniyə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR