İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb

İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb
# 10 yanvar 2022 23:08 (UTC +04:00)

İsmayıllı rayon sakinindən qanunsuz saxladığı silah götürülüb.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Qalacıq kənd sakini Üzeyir Məlikovdan qanunsuz olaraq saxladığı “TOZ-63” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Onun barəsində protokol tərtib olunaraq müvafiq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR