İsmayıllı sakinlərindən 3 tüfəng götürülüb

İsmayıllı sakinlərindən 3 tüfəng götürülüb
# 29 yanvar 2023 12:58 (UTC +04:00)

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən ov tüfəngləri aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayon sakinləri- Bədəl Əliyev, Vüqar Nuriyev və Fəxrəddin Əliyevən müvafiq sənədləri olmayan “İJ”, eləcə də “TOZ” markalı tüfənglər aşkar edilib.

Həmin şəxslər barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR