İsmayıllıda ağac aşması nəticəsində bağlanan magistral yol açılıb - FOTO - YENİLƏNİB - VİDEO

İsmayıllıda ağac aşması nəticəsində bağlanan magistral yol açılıb - FOTO  - YENİLƏNİB  - VİDEO
# 06 iyul 2022 12:55 (UTC +04:00)

İsmayıllı rayonunda iri gövdəli ağacın aşması nəticəsində bağlanan Muğanlı-İsmayıllı yolunda yaranan problem aradan qaldırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, ağac yoldan götürülüb.

Yolda hərəkət bərpa olunub.

***

11.43

İsmayıllı rayonunda iri gövdəli ağac aşaraq Muğanlı-İsmayıllı yolunu bağlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saat 10:30 radələrində Talıstan kəndi ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarındakı iri gövdəli ağaclardan biri aşıb.

Nəticədə yolun hər iki hərəkət zolağı bağlanıb. Yolda nəqliyyatın hərəkəti dayanıb, yüzlərlə avtomobil yolda qalıb.

Hazırda yolun açılması üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR