İsmayıllıda avtomobil ağaca çırpılıb, xəsarət alan var

İsmayıllıda avtomobil ağaca çırpılıb, xəsarət alan var
# 30 mart 2023 08:54 (UTC +04:00)

İsmayıllıda yol qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə səhər saatlarında rayonun Tircan kənd ərazisində qeydə alınıb.

Oğuz rayonunun Xaçmaz kənd sakini, 1984-cu il təvəllüdlü Dəyanət Ağakişiyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə sürücü başından ağır xəsarətlər alıb. Rayon Mərkəzi Xəstəxanasına çatdırılan sürücünün vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR