İsmayıllıda avtomobil qəzasında ölən piyada polkovnik-leytenant imiş - YENİLƏNİB

İsmayıllıda avtomobil qəzasında ölən piyada polkovnik-leytenant imiş - YENİLƏNİB
# 21 noyabr 2022 09:21 (UTC +04:00)

İsmayılda ölümlə nəticələnən yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

APA xəbər verir ki, Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub.

Nəticədə Mərdan Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərdan Əhmədov ehtiyatda olan polkovnik-leytenant imiş.

Faktla bağlı İsmayıllı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.

***

19.11.22

İsmayıllıda ölümlə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən xəbərə görə, hadisə bu gün axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb.

Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə M. Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR