İsmayıllıda avtobusun vurduğu məktəbli ölüb - YENİLƏNİB

İsmayıllıda avtobusun vurduğu məktəbli ölüb - YENİLƏNİB
# 28 may 2023 20:25 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, bu gün saat 18:20 radələrində İsmayıllı rayonunun Qaraqaya kəndi ərazisində Şahid İsgəndərov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən piyada, 2010-cu il təvəllüdlü Qobustan rayon sakini A.Cəfərovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

19.22

İsmayıllıda məktəblini avtomobil vurub.

APA-nin Şirvan bürosu xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə rayonun Lahıc yolu istiqamətində baş verib.

Qobustan sakini 2010-cu il təvəllüdlü Cəfərov Asəf Valeh oğlu hadisə nəticəsində dünyasını dəyişib.

Məktəblinin ismayıllıda qonaq olduğu ehtimal olunur.

Fakt araşdırılır.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR