İsmayıllıda baş verən yanğın söndürülüb - YENİLƏNİB

İsmayıllıda baş verən yanğın söndürülüb - YENİLƏNİB
# 31 avqust 2022 13:41 (UTC +04:00)

İsmayıllı rayonunun Şəbiyan kəndi yaxınlığındakı dağlıq-qayalıq ərazidə baş vermiş yanğın da qısa müddətdə söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda bildirilib. Məlumata görə, yanğın nəticəsində təxminən 8 hektar sahədə kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə edilib. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.

***

13.08

İsmayıllıda baş verən yanğın söndürülüb.

APA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Bildirilib ki, avqustun 30-da İsmayıllı rayonunun Keyvəndi və Şəbiyan kəndlərinin bələdiyyə ərazisində başlayan yanğının söndürülməsi məqsədilə ETSN-in bütün yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə səfərbər olunublar. Artıq yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb.

Nazirlik rəsmisi onu da deyib ki, dünən Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında, dağlıq ərazidə baş vermiş yanğın ETSN-in yerli qurumlarının 50-yə yaxın əməkdaşı və FHN-in yanğından mühafizə qüvvələri tərəfindən məhdudlaşdırılıb. Hazırda ərazidə soyutma işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR