İsmayıllıda minik və yük maşınları toqquşub, 4 nəfər xəsarət alıb

İsmayıllıda minik və yük maşınları toqquşub, 4 nəfər xəsarət alıb
# 14 iyun 2022 10:42 (UTC +04:00)

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 10:00 radələrində rayonun Hapıtlı kəndi ərazisində qeydə alınıb. "VAZ 2106" markalı minik avtomobil ilə "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində İsmayıllı sakinləri, 1979-cu il təvəllüdlü Muştaqov Racu Səlim oğlu, 1997-ci il təvəllüdlü Əzizov Ayaz Nazim oğlu, 2001-ci il təvəllüdlü Ağayev Sənan Sahib oğlu, Göyçay sakini, 1994-cü il təvəllüdlü Feyzullayev Sərxan Qalib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR