İsmayıllıda taxta sexində yanğın olub

İsmayıllıda taxta sexində yanğın olub
# 02 yanvar 2022 17:40 (UTC +04:00)

İsmayıllı rayonunun Qalacıq kəndində ümumi sahəsi 150 m² olan taxta sexinin çardağının yanar konstruksiyaları (şüşə-pambıq və penoplastdan ibarət) 15 m² sahədə yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR