İsmayıllıda yük avtomobili yolun kənarında dayanan minik avtomobilinin üzərinə aşıb - FOTO

İsmayıllıda yük avtomobili yolun kənarında dayanan minik avtomobilinin üzərinə aşıb - FOTO
# 03 iyun 2023 16:37 (UTC +04:00)

İsmayıllıda "Mersedes" markalı yük avtomobili yolun kənarında dayanan minik avtomobilinin üzərinə aşıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Muğanlı ərazisinin 6 km-də qeydə alınıb.

"Mersedes" markalı yük maşını yolun kənarında dayanan "VAZ 2107" markalı avtomobilə dəyərək minik avtomobilinin üzərinə aşıb.

Yük maşınının sürücüsü və yanında olan sərnişin yüngül bədən xəsarətləri alıb.

Fakt araşdırılır.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR