İsmayıllıya yağan leysan bir neçə kəndə ciddi ziyan vurub

İsmayıllıya yağan leysan bir neçə kəndə ciddi ziyan vurub
# 07 iyun 2023 09:24 (UTC +04:00)

Dünən İsmayıllıya yağan leysan yağışlar rayonun bir neçə kəndinə ciddi ziyan vurub.

APA-nın Şirvan bürosu xəbər verir ki, leysan nəticədə İsmayıllı rayonunun Gəndov, Namazgah və Lahıc qəsəbəsində şəxsi təsərrüfatlara, yollara, ziyan dəyib, qaz, su və elektrik xətlərində problemlər yaranıb.

Bu istiqamətdə olan turizm obyektlərinə sel nəticəsində ziddi ziyan dəydiyi bildirilib. Ərazidə yolların lil və sel artıqlarından təmizləmə işləri davam etdirilir, dəymiş ziyan hesablanır.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR