İstintaqı tamamlanan cinayət işləri üzrə 67 milyon manat ziyan ödənilib

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 24 yanvar 2022 10:45 (UTC +04:00)

2021-ci ildə Baş Prokurorluğun İstintaq idarəsində 328 cinayət işinin ibtidai istintaqı aparılıb.

APA xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib.

O bildirib ki, 120 şəxs barəsində 96 cinayət işinin istintaqı yekunlaşdırılıb. Bunlardan 24 şəxs barəsində 17 iş - qəsdən adamöldürmə faktları ilə bağlı olub.

İstintaq idarəsində ibtidai istintaqı tamamlanan cinayət işləri üzrə 67 milyon 165 min manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR