İstintaqı yekunlaşmış cinayət işləri üzrə 62 mln. manat ziyanın 87,5 faizi ödənilib

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 25 iyul 2022 10:58 (UTC +04:00)

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, bu günün rəqəmi 54.405.000-dır.

Belə ki, 2022-ci ilin I yarım ili ərzində prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 62 milyon 169 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 87,5 faizinin, yəni 54 milyon 405 min manat hissəsinin ödənilməsinə nail olunub.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR