Daxili İşlər Nazirliyi (DİN) istirahət günləri baş verən yol qəzaları ilə bağlı statistik məlumat açıqlayıb.
DİN-dən APA-ya verilən məlumata görə, iyulun 2-də və 3-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.