İki evdən 21 min manat oğurlayan şəxslər tutulub

İki evdən 21 min manat oğurlayan şəxslər tutulub
# 23 avqust 2019 12:57 (UTC +04:00)

Göyçayda və Masallıda iki ev qarət edilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 8-də Mırtı kəndindəki evlərin birindən 14 500 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini E.Abseyidov saxlanılıb.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə avqustun 4-də rayon ərazisindəki evlərin birindən 7100 manat və 220 avro pul, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qızılağac kənd sakini M.Səlimov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR