İsmayıllıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb - FOTO

İsmayıllıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb - FOTO
# 24 avqust 2019 21:58 (UTC +04:00)

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərində qeydə alınıb.

"Tavria" və "Lada Priora" markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay rayon sakinləri, 1971-ci il təvəllüdlü Osmanov Vidadi Bəxtiyar oğlu, 1955-ci il təvəllüdlü Salmanova Ofeliya Şərafəddin qızı, İsmayıllı sakini Salmanov Kamil Rəşid oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR