İsmayıllıda iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb

İsmayıllıda iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb
# 16 iyul 2019 21:13 (UTC +04:00)

Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 20:00 radələrində Basqal kəndi ərazisində qeydə alınıb.

"VAZ 2107" markalı minik avtomobili ilə "BMW" markalı minik avtomobilinin toqquşub. Zərbənin gücündən "BMW" yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 5 nəfər - 1988-ci il təvəllüdlü Əminə Hacıyava, 1987-ci il təvəllüdlü Ceyhun Məmmədov, 1989-cu il təvəllüdlü Nərgiz Bilanova və adı hələ ki, məlum olmayan iki nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR