Kafedə 7 min manat oğurlanıb

Kafedə 7 min manat oğurlanıb
# 15 iyul 2022 10:36 (UTC +04:00)

Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə rayon ərazisindəki kafelərin birində Bakı şəhər sakini E. Mikayılovun çantasından 7000 manatının oğurlanması barədə müraciət daxil olub.

Bu barədə APA-ya DİN-dən məlumat verilib.

Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini C. Həsənov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR