Karantin qaydalarını pozan çayxana sahibi cərimələnib

Karantin qaydalarını pozan çayxana sahibi cərimələnib
# 11 yanvar 2022 10:01 (UTC +04:00)

Xaçmazda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən obyektin sahibi və orada olan müştərilər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR