Keçmiş arvadını öldürən şəxsə hökm oxunub

Keçmiş arvadını öldürən şəxsə hökm oxunub
# 12 yanvar 2023 12:27 (UTC +04:00)

Bakıda keçmiş arvadını qətlə yetirməkdə ittiham olunan Arzuman Fazilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Arzuman Fazilov 18 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin iyulun 15-i saat 20-də Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1978-ci il təvəllüdlü Arzuman Fazilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Vüsalə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Arzuman Fazilovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR