Keçmiş məhkum 2 min manatlıq oğurluğa görə tutulub

Keçmiş məhkum 2 min manatlıq oğurluğa görə tutulub
# 10 may 2022 16:47 (UTC +04:00)

Gədəbəy rayonu ərazisində mağazalardan birinin qarşısından avtomobil ehtiyat hissələri oğurlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Gədəbəy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində 2000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş Elmir Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR