Bakıda silahlı şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Aydın Həbibovdan nömrəsi silinmiş “Smith Wesson” markalı revolver tapança, 1 ədəd patron və boş gilizi aşkar edilərək götürülüb.
Araşdırma aparılır.