Kəlbəcər və Qubadlıya yeni hərbi prokurorlar təyin olunub

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 21 dekabr 2021 10:51 (UTC +04:00)

Kəlbəcər və Qubadlı rayonlarına yeni hərbi prokurorlar təyin olunub.

APA-nın xəbərinə görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Mahir Bayramov Kəlbəcər hərbi prokuroru, Elşən Mürsəlov isə Qubadlı hərbi prokuroru təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiq ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR