Kəmaləddin Heydərov: “Prezident yanğınsöndürmənin gedişi haqqında mütəmadi məlumatlandırılıb” - VİDEO

Kəmaləddin Heydərov: “Prezident yanğınsöndürmənin gedişi haqqında mütəmadi məlumatlandırılıb” - VİDEO
# 29 aprel 2022 01:38 (UTC +04:00)

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Sumqayıtda baş vermiş yanğınla bağlı açıqlama verib.

APA-nın xəbərinə görə, nazir bildirib ki, çağırışdan 9 dəqiqə sonra ilk yanğınsöndürən maşın hadisə yerinə çatıb.
“Yanğının miqyası nəzərə alınaraq helikopterlər cəlb olunub. İlkin ehtimala görə yanğın karton tullantılarından başlayıb. Müəssisənin özünün kamerasında bunlar əks olunub. Azərbaycan Respublikasının Baş Prokurorluğu və FHN tərəfindən istintaq getdiyi üçün bütün məlumatları verə bilmirəm. Hadisə çox ciddi olduğu üçün prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya məlumat verilib. Prezident yanğınsöndürmənin gedişi haqqında mütəmadi məlumatlandırılıb” – deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR