Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti 341 min manatlıq dələduzluqda ittiham olunur

Səbuhi Rəcəb

© APA | Səbuhi Rəcəb

# 06 iyun 2022 17:33 (UTC +04:00)

Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Vaqif oğlunun (Səbuhi Rəcəb) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs ittiham aktı ilə tanış olmadığı üçün cinayət işinin baxışa təyin olunmasını istəməyib. Bu səbəbdən hazırlıq iclası iyunun 13-ə kimi təxirə salınıb.

APA-nın əldə etdiyi məlumata görə, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək 341 min manat dələduzluqda təqsirli bilinir. İdmançı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanaraq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.

2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR