Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti barəsində cinayət işi başlanıb

Səbuhi Rəcəb

© APA | Səbuhi Rəcəb

# 25 may 2022 10:09 (UTC +04:00)

Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Vaqif oğlu (Səbuhi Rəcəb) barəsində cinayət işi başlanıb.

APA-nın xəbərinə görə, idmançı 3 nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

Cinayət işi ilə bağlı ittiham olunan şəxs və zərərçəkmişlərin ifadələri alınıb.

Səbuhi Rəcəb ətrafında aparılan araşdırmalar nəticəsində ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə yekun ittiham verilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.

2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR