Komissiya: Bu il 78 milyon manatlıq narkotik müsadirə edilib

Əli Əhmədov

© APA | Əli Əhmədov

# 20 may 2022 17:08 (UTC +04:00)

Hüquq-mühafizə orqanları tərəfindən 2022-ci ilin yanvar-aprel ayları ərzində 3961 cinayət faktı üzrə 2 ton 492 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr dövriyyədən çıxarılıb.

APA xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov deyib.

O bildirib ki, müsadirə edilmiş narkotik vasitələrin və psixotrop maddələrin 829 kq kiloqramıölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilib:

"Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işlərinin istintaqı nəticəsində 2353 nəfər nəfərin cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 36 nəfər xarici ölkə vətəndaşıdır. Ümumilikdə hesabat dövründə müsadirə olunan narkotik vasitələrin dəyərinin 78 milyon AZN kimi qiymətləndirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR