Koreyadakı səfirliyin sabiq attaşesinə cəza istənilib

Koreyadakı səfirliyin sabiq attaşesinə cəza istənilib
# 02 iyun 2023 14:28 (UTC +04:00)

Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Nəcib Osmanovun mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını istəyib. Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə də təqsirləndirilirdi.

Dövlət ittihamçısı həmin maddə ilə cinayət təqibindən imtina edib.

Təqsirləndirilən şəxsin vəkilinə müdafiə çıxışına hazırlaşmaq üçün iyunun 5-dək vaxt verilib.

Qeyd edək ki, təqsirləndirilən Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə ittiham olunub.

İş üzrə dəymiş ziyanın 77 min dolları ödənilib. Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Nəcib Osmanov barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR